Gəncədə sürücülər arasında mübahisə oldu, bıçaqlanan var

 19:24 16.12.2023     486

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb.

Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən