Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürdü

 22:34 16.12.2023     324

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "report"a istinadən xəbər verir ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.