Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

 21:58 17.12.2023     300

Dekabrın 17-si saat 19 radələrində Zaqatala rayonu Faldarlı kəndi ərazisində Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə piyada 1999-cu il təvəllüdlü Yusifov Bayram Məhəmməd oğlunu vurub.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.