Ağstafada avtomobil qəzası oldu, xəsarət alanlar var

 23:11 17.12.2023     280

Ağstafa rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xəyal Vəliyev, 1976-cı il təvəllüdlü Firuz Abbasov və 1977-ci il təvəllüdlü Şərafət Allahverdiyeva xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.