Naxçıvanda dumanlı hava qəzaya səbəb oldu

 09:16 18.12.2023     256

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Cəhri qəsəbəsində olub.

Minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü - İmanov Xaliq Eldar oğlu vəfat edib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).