Xəstəxanaya yerləşdirilən blogerin vəziyyəti AĞIRLAŞDI

 11:08 18.12.2023     761

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın son vəziyyəti açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun dostu bloger Ramal İsayev məlumat yayıb.

O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.

“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.

Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.