Polis pirotexniki vasitələrın satıldığı anbar aşkarladı - FOTO

 18:23 18.12.2023     427

Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir. 

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, pirotexniki vasitələr insanların həyat və sağlamlığı, o cümlədən ətraf mühit üçün ciddi təhlükə mənbəyidir.      

22222