Sumqayıtda velosipedçi ürəktutmadan öldü

 21:33 18.12.2023     243

Sumqayıt şəhərində velosiped sürən 57 yaşlı kişi ürəktutmadan ölüb.

Redaktor.az "APA"ya istinadən xəbər xəbər verir ki, hadisə Xəzər bağları adlanan ərazidə baş verib.

1966-cı il təvəllüdlü Camal Əbdül oğlu Canıyevin küçədə velosiped sürərkən qəfil halı pisləşərək dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü ehtimal olunur.

Fakt araşdırılır.