Çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB

Yasamal rayonunda qeyri-yaşayış obyektində yanğınla başlaması ilə bağlı daxil olan məlumat əsasında əraziyə yanğından mühafizə xidmətinin bölmələri cəlb edilib.
Redaktor.az apa-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Halalr Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin bölmə rəisi Tural Zahidov deyib.
O bildirib ki, baş verən yanğının genişlənməsinə imkan vermədən söndürülüb: "Bina və mənzillər yanğından mühafizə edilib. Ölüm və xəsarət alan yoxdur".
***
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Redaktor.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.
Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.