Pirotexniki vasitələr satan mağaza sahibləri ilə bağlı sənədlər məhkəməyə göndəridi

 19:12 19.12.2023     322

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən 2 mağazada pirotexniki vasitələrin satılması faktı aşkarlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən