Ağstafada bacılar qazdan zəhərləndi

 23:24 20.12.2023     299

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilib (apa).