Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verdi

 21:57 21.12.2023     275

Ağdaşda avtomobil piyadanı vurub.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə nəticəsində Ağdaş rayon Xosrov kənd sakini 1991-ci il təvəllüdlü Musayeva Nərgiz Firamil qızı agır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Bütün müdaxilələrə baxmayaraq piyada xəstəxanada dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.