28 yaşlı qadın siçan dərmanı içdi, xəstəxanalıq oldu
Lənkəranda intihara cəhd olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində baş verib. 1995-ci il təvəllüdlü Tünzalə Şəmsi qızı Şıxcanova siçan dərmanı içərək intihara cəhd edib.
T.Şıxcanova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ailəli olan 28 yaşlı qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.(qafqazinfo)