Zaqatalada daun xəstəsini maşın vurub qaçdı

 14:54 22.12.2023     856

Zaqatalada 27 yaşlı daun xəstəsini maşın vurub.

Redaktor.az lent.az-a istinadla xəbər verir ki, hadisə Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini 27 yaşlı İbrahim Üzeyir oğlu Daşdəmirov yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan daun xəstəsi İ.Daşdəmirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər keçirilir.