"Yeni illə əlaqədar özəl endirim kimi saxta mesajlara inanmayın" - XƏBƏRDARLIQ

 16:53 22.12.2023     201

Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Redaktor.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, "Yeni ilə özəl endirimlər" kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz:

“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.