Avtomobil ağaca çırpıldı, ölən var

 18:00 22.12.2023     245

Tərtər rayonunda "Ford" markalı avtomobil ağaca çırpılıb, ölən var.

Redaktor.az xəbər verir ki, qəza zamanı avtomobilin sürücüsü Bərdə şəhər sakini, 1992-ci il təvəllüdlü Munasib Asif oğlu Abidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.