Oğuz sakinləri odlu silahları polisə könüllü təhvil verdilər

 22:19 22.12.2023     297

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri 1-i yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları 2 ov tüfəngini könüllü olaraq təhvil veriblər.