Tovuzda qohumlar arasında mübahisə düşdü, bıçaqlanan var

 22:46 22.12.2023     269

Tovuz rayon Abulbəyli kəndində yerli sakin bıçaqlanıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Yusibov Fərhad mübahisə zəminində bıçaqlanıb.

O, ağır halda Tovuz Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayevdir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır