Şuşa yolunda betonqarışdıran avtomobil aşdı - ölən və yaralanan var
Şuşa yolunda ağır yol qəzası baş verib.
Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə ilkin məlumata görə, betonqarışdıran avtomobilin idaretməni itirməsi nəticəsində baş verib.
Yol qəzası nəticəsində, Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.