Bakı-Sumqayıt yolunda ağır qəza, 8 yaralı var - FOTO

 11:43 23.12.2023     298

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.

Belə ki, “Opel” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.