Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində öldü

 22:11 25.12.2023     328

Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Quba Yolunun 37-ci kilometrində, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada Oruc Məhəmməd oğlu Osmanovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən