Sumqayıtda dəhşətli QƏZA

 09:00 26.12.2023     254

Sumqayıtda avtomobillərin toqquşması piyadanın ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, Siyəzən rayon sakini 1989-cu il təvəllüdlü Xangəldiyev Vüsal Rəhman oğlunun idarə etdiyi “Ford” markalı avtomobillə Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Cəfərov Elşən Balamirzə oğlunun idarə etdiyi “Qaz-31” markalı avtomobillər toqquşub.

Qəza zamanı həmin ərazidən keçən piyadanı avtomobillər vurub. Zərərçəkmiş hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.