Qız atasını bıçaqladı

 10:14 26.12.2023     481

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

Redaktor.az Bakupost.az-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən