Polis Ucarda 1000-ə yaxın pirotexniki vasitə aşkarladı
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində respublika ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, dekabrın 25-də Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Ucar şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 2 fiziki şəxs müəyyən edilib və oradan 918 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.