Şəmkirdə mübahisə düşdü, 3 nəfər xəsarət aldı

 20:31 26.12.2023     254

Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə düşüb, 3 nəfər xəsarət alıb.

Redaktor.az "report"a istinadən xəbər verir ki, Morul kəndində M.Mayılovla həmkəndliləri Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetirib. Hər üçü xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.