Gəncədə avtomobil 42 yaşlı kişini vuraraq öldürdü

 22:45 26.12.2023     243

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, şəhərin Vəli Xuluflu küçəsində avtomobil piyada - 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.

Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.