61 yaşlı qadın yol qəzasında ağır xəsarət aldı

 09:05 27.12.2023     263

Masallı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, minik və yük avtomobilləri toqquşub. Hadisə zamanı minik avtomobilində olan sərnişin, 1962-ci il təvəllüdlü Məmiyeva Aidə Məmməd qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən