10 yaşlı uşaq su kanalına düşdü: Axtarışlar davam edir - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
***
09:21
İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb.
Redaktor.az xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu "Boztəpə" su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb.
Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.