Yad cisim udan 4 aylıq körpənin həyatı xilas edildi

 11:46 27.12.2023     326

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cismin xaric olunması əməliyyatı uğurla başa çatıb.

Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən