Bakıda yaşayış binasında YANĞIN

 15:13 27.12.2023     180

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 194 m² olan obyektin 1 otağının yanar konstruksiyaları, 1 ədəd kondisioner və 2 ədəd müşahidə kamerası, ümumi sahəsi 20 m² olan dəhlizdə 2 ədəd pəncərə çərçivəsi və 1 ədəd plastikdən ibarət qapı yanıb. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.