Gəncədə zəncirvari qəza oldu, xəsarət alan var - FOTO

 22:14 27.12.2023     243

Gəncədə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan 2 "VAZ-2107", "Nissan" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanın vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparırılır.

2