Güclü külək məktəbin dam örtüyünü UÇURDU

 15:02 28.12.2023     232

Qax rayonunda güclü külək məktəbin dam örtüyünü uçurub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağçay kəndində baş verib.

Güclü külək nəticəsində 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü qoparaq məktəbin həyətinə düşüb. Hadisə dərs zamanı baş verib.

Şagirdlər arasında təşviş yaşansa da, xəsarət alan olmayıb.