Goranboyda 30 yaşlı kişi yanacaqdoldurma məntəqəsində bıçaqlandı

 23:11 28.12.2023     963

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Yeni Qəsəbə adlanan ərazidəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisini törədən şəxs polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən