Avtomobil mopedlə toqquşdu

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakinləri, 1966-cı il təvəllüdlü Camalov Knyaz Nuhu oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1997-ci il təvəllüdlü Bağırov Allahverdi İlham oğlunun idarə etdiyi moped toqquşub.
Qəza nəticəsində mopedin sürücü ağır xəsarətlər alıb. Sürücü dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.