Bank kartından 6500 manat oğurladılar

 11:48 29.12.2023     230

Abşeron rayonu ərazisində bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-dən Redaktor.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından hesabındakı 6583 manat pulunu oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.