Sumqayıtda bina YANDI

 15:03 29.12.2023     323

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki yaşayış binasında qeydə alınıb.

Məlumatla əlaqədar FHN-in yanğından mühafizə bölmələri dərhal çağırış üzrə əraziyə cəlb olunub. yanğının blokun girişində olan elektrik lövhəsində baş verdiyi bildirilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğının mənzillərə keçməsinin qarşısı alınıb (apa).