Məktəbli qız diş həkiminin qəbulunda öldü

 16:02 29.12.2023     327

Sankt-Peterburqda məktəbli qız stomatoloqun qəbulunda dünyasını dəyişib, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Redaktor.az bu barədə "78.ru"a istinadən xəbər verir.

Hadisə dekabrın 29-da səhər saatlarında şəhərin cənub-qərbində, Tambasova küçəsində yerləşən stomatologiyada baş verib. On iki yaşlı xəstə anestezik vurulduqdan sonra özünü pis hiss edib və bir neçə dəqiqə sonra huşunu itirib. Hadisə yerinə gələn reanimatoloqlar məktəbli qızın ölümünü ancaq təsdiqləyə biliblər.

Məlumat rəsmi olaraq təsdiqlənməyib, stomatoloji klinika hazırda bağlıdır.

NƏRGİZ