Gəncədə yaşayış binasında yanğın baş verdi

Gəncədə yanğın hadisəsi baş verib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən yaşayış binasında qeydə alınıb. Sözügedən ünvanda yerləşən yaşayış binasında anidən yanğın olub. Hadisə yerinə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.
Bina sakinləri təxliyə edilib.