Marketdən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən saxlanıldı
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-dən 22-dək olan müddətdə rayon ərazisində yerləşən marketlərin birindən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev müəyyən olunaraq saxlanılıb.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma aparılır.