“Özünü öldürəcəyini demişdi”

 09:47 02.01.2024     249

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda vəkil  Zaur Məmmədov özünü yandıraraq öldürüb. 

Redaktor.az xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O bildirib ki, sonuncu dəfə Zaur Məmmədovla cümə günü “whatsApp”  vasitəsilə danışıblar: “Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi”. 

Aşur Bədəlsoy bildirib ki, Zaur Məmmədov müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini deyib: “Zarafat etdiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı...”

Qeyd edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır (qafqazinfo).