Gəncədə F-1 qumbaraları tapıldı

 14:43 02.01.2024     302

Gəncədə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, ŞBPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan F-1 qumbarası, 2 ədəd UZRQM və 1 ədəd MUV alışdırıcı tapılıb.

Həmin döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.