Avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var
Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Maarif Rüfət oğlu Cabbarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişini, Cəlal Yaqub oğlu Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.