Gəncədə avtomobil qəzası oldu, xəsarət alanlar var

 21:35 02.01.2024     356

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər ərazisində başvermiş avtomobil qəzası zamanı 1996-cı il təvəllüdlü E. Yaqubov, 1997-ci il təvəllüdlü E.Yaqubova, 1976-cı il təvəllüdlü A.Məmmədova və 1 azyaşalı xəsarət alıb.

Zərər çəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (report).