Neftçalada 27 yaşlı oğlan intihar etdi
Neftçala rayonunda intihar hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Molla Pənah küçəsində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda 1997-ci il təvəllüdlü Əyyubov Şahin Elçin oğlu kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Tibbi-ekspertiza müayinəsindən sonra Ş.Əyyubovun nəşi doğulduğu Lerik rayonuna göndərilib.
Faktla bağlı araşdırma aparılır. (report)