Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlandı

 09:00 04.01.2024     355

Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, hadisə "Kotec yaşayış massivi"ndə qeydə alınıb.

Şəhər sakini, 1963-cü il təvəllüdlü Baxşəliyev Əlixan Ələmdar oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkarlanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.