Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq öldü

 15:34 04.01.2024     367

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1962-ci il təvəllüdlü Adıgözəlov Seymur Dadaş oğlu öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən