Biləsuvarda yol qəzası oldu, xəsarət alanlar var

 21:01 04.01.2024     248

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, nəqliyyat vasitəsinin idarəetməni itirməsi nəticəsində rayon sakinləri, 1997-ci il təvəllüdlü Nahid Yarızadə və 2003-cü il təvəllüdlü Mərhəmət Xosuzadə xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (report).