Motosikletlə avtomobil TOQQUŞDU

 09:19 05.01.2024     225

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Qurbanov Elşən Məzahir oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.