Bakıda hoteldə YANĞIN - VİDEO

 17:48 05.01.2024     298

Bakının Nəsimi rayonu, “Mərdanov qardaşları” küçəsində yerləşən üçmərtəbəli hotelin birinci mərtəbəsində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın hotelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasından başlayıb. Tüstü bacasında yağ qalıqları yanıb.

FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub.