İsmayıllıda qəza baş verdi, xəsarət alanlar var

 20:17 05.01.2024     322

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb. Hyunday markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı Qurbanəfəndi kənd sakini - 1966-ci il təvəllüdlü Alışanova Nəcibə Eldar qızı, 1959-cu il təvəllüdlü Osmanov Eldar Sadiq oğlu, 2002-ci il təvəllüdlü Alışanov Amil Fizuli oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.